Xəbər lenti

Premyer Liqa:
İdman 22:32 28.11.2025

Premyer Liqa: "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qaldı

Misli Premyer Liqasının XIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qalıb.

Qaynarinfo xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

24 xalı olan "Turan Tovuz" turnir cədvəlində üçüncü sırada yer alıb. "Neftçi" isə 16 xalla yeddincidir.

Bakı klubu cari mövsüm Premyer Liqada rəqibləri ilə ən çox heç-heçə edən komandadır (7 dəfə).

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 30-da yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->