Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası rəis müavini Kamran Səfərəliyevə həvalə olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qeyd edək ki, Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində daha əvvəl Fərhad Quliyev çalışıb. Bir neçə gün bundan əvvəl o, 2022-ci ildən bəri çalışdığı vəzifəsindən azad edilib. F.Quliyev fəaliyyətini DVX-də digər vəzifədə davam etdirir.
Şərhlər