Xəbər lenti

Premyer Liqa:
İdman 16:04 28.11.2025

Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasının XIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.

Qaynarinfo xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Zirə"nin heyətində Leroy Mikels (62-ci dəqiqə) və İssa Cibrilia (84) fərqləniblər.

Bu nəticədən sonra "Zirə" 26 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 6 xala malik "Kəpəz" onuncudur.

Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->