Xəbər lenti

Premyer Liqada mövsümün ilk məşqçi dəyişikliyi reallaşdı
İdman 18:00 04.12.2023

Premyer Liqada mövsümün ilk məşqçi dəyişikliyi reallaşdı

İngiltərə Premyer Liqa komandalarından olan "Şeffild Yunayted" baş məşqçi Pol Hekinqbottomla yollarını ayırmağa hazırlaşır.

Qaynarinfo-nun məlumatına görə, "Teleqraf”da çıxan xəbərdə həftəsonu "Bernli”yə uduzan komandanın baş məşqçisi postuna Kris Vaylderin təyin olunacağı gözlənilir. Bu Premyer Liqada mövsümün ilk məşqçi dəyişikliyi olacaq.

Sonuncu iş yeri "Uotford” olan Vaylder "Şeffild Yunayted”ə 2016-2021-ci illərdə də baş məşqçilik edib.

Komanda hazırda beş xalla liqanın sonuncu pilləsində qərarlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->