XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ağamirzədən toyda meyxanaya qadağa qoyulması ilə bağlı fikirlərə reaksiya
Maqazin17:47 28.09.2026

Ağamirzədən toyda meyxanaya qadağa qoyulması ilə bağlı fikirlərə reaksiya

Meyxanaçı Ağamirzə Məmmədov toy məclislərində meyxanaya qadağa qoyulması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

O, Qaynarinfo-ya açıqlamasında belə bir qadağanın mümkün olmadığını deyib:

“Nə qədər ki, el şənliyi var, meyxana da olacaq. Heç vaxt belə bir qadağa olmaz. Bundan söhbət belə gedə bilməz. Danışırlar da”.

Ağamirzə Məmmədov Bakı toylarını meyxanasız təsəvvür etmədiyini vurğulayıb:

“Mümkün deyil. Yaxşı olar, inşallah... Meyxananı hər kəs bəyənir”.

Qeyd edək ki, sosial şəbəkələrdə toylarda meyxananın qadağan olunması ilə bağlı fikirlər səsləndirilir. İzləyicilərin bəziləri bu fikri dəstəkləsə də, böyük əksəriyyəti bununla razılaşmadığını açıq şəkildə bildirir.

Bahar Rüstəmli