Xəbər lenti

Dünya 14:30 13.08.2023

Prezident eynicinsli nikah qanunlarını imzalamayacağını açıqladı

Serbiya prezidenti Aleksandar Vuçiç eynicinsli nikahlar və üç cins haqqında qanunları imzalamayacağını bildirib. 

Qaynarinfo xəbər verir ki, prezident bu barədə "TV Pink" telekanalında məlumat verib.

Onun sözlərinə görə, Serbiya cəmiyyəti "ənənəvidir” və Avropa İttifaqı ölkələri "buna görə Serbiyaya hücum edir”.

"Əla - məni günahlandırın... Mən buna imkan vermədim", deyə Vuçiç bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->