Xəbər lenti

Prezidentdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız
Siyasət 11:31 13.07.2026

Prezidentdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – red.) danışıb və qonşu ölkələrə səslənib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”.

Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->