Xəbər lenti

Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
Ölkə 10:25 13.07.2026

Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi

Beynəlxalq Fizika Olimpiadası tarixində ilkə imza atılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə  Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. 

Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) gümüş medal qazanıb.

Bununla da Z.Məhəmmədli Dünya Fizika Olimpiadasında gümüş medal qazanan ilk qız şagird kimi adını tarixə yazdırıb.

Qeyd olunub ki, Azərbaycan komandası bu nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->