Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxsi təltif edib. Təltif olunanlardan biri də Aşina Məsud Rüstəm oğludur. Ona "Şöhrət” ordeni verilib.
Qaynarinfo-nun məlumatına görə, Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakı şəhərində anadan olub. Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur.
O, Azərbaycan Dövlət Tibb İnstitutu təhsil alıb, Kopenhagen Universitetində Tibb elmləri üzrə fəlsəfə doktoru və Tibb üzrə elmlər doktoru elmi dərəcələrinə yiyələnib.
Məsud Aşina Danimarka Nevrologiya Cəmiyyəti tərəfindən 1998-ci il ən yaxşı elmi təqdimat üçün "Moqens Foq" mükafatına, 2000-ci ildə QlaksoSmitKlayn tədqiqat mükafatına, 2003-cü ildə Elmi nailiyyətləri üçün Danimarka Miqren Cəmiyyəti mükafatına, 2005-ci il Nevrologiyada elmi nailiyyətlərinə görə Roşe mükafatına layiq görülüb.
Aydın
Şərhlər