Xəbər lenti

Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyin edildi (FOTO)
Ölkə 16:42 08.01.2026

Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyin edildi (FOTO)

Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.

Bu barədə Qaynarinfo-ya Maliyyə Nazirliyindən məlumat verilib.

O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib. Sadiq Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
 


--> -->