Dünya 19:15 23.05.2023

Putin Moldovaya gəlsə, həbs ediləcək - Maya Sandu

Moldova Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl edəcək və Rusiya prezidenti Vladimir Putin ölkəyə gələcəyi təqdirdə onu həbs edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu Euronews Rumıniya telekanalına müsahibəsində bildirib.

Sandu Putinin Moldovaya gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilib-edilməyəcəyi sualına cavab verib.

"Bəli. Moldova Respublikası cinayət məhkəməsi ilə bağlı müqavilə imzalayıb və Moldova məhkəmənin qərarına hörmətlə yanaşacaq", - Sandu qısaca cavab verib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların qanunsuz deportasiyası ilə bağlı Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası qiyabi ittiham irəli sürərək, prokuroru və Beynəlxalq Cinayət Məhkəməsinin hakimini axtarışa verib.

Nizami Bağırov