Xəbər lenti

İdman 21:51 26.12.2023

"Qalatasaray"dan "transfer bombası": 35 milyonluq ulduz!

"Qalatasaray" klubu yanvar ayında "səs-küylü" transferə hazırlaşır.  

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" İngiltərə Premyer Liqası klubu "Tottenhem"dən Rodriqo Bentankuru heyətinə qatmaq istəyir. "Sarı-qırmızılar" uruqvaylı yarımmüdafiəçini transfer etmək, Rodriqo ilə Torreyradan ibarət yaxşı bir yarımmüdafiə xətti qurmağı planlaşdırır. "Tottenhem" 26 yaşlı futbolçunun getməsinə razıdır, Bentankur da Türkiyəyə transfer olunmaqda həvəslidir. 

"Qalatasaray" oyunçunu birbaşa satın alma şərti ilə icarəyə götürmək istəyir. 

Qeyd edək ki, Rodriqo Bentankurun hazırda transfer dəyəri 35 milyon avro civarındadır, London təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?