Xəbər lenti

İdman 20:20 03.02.2024

“Qalatasaray” rəsmisi Bakıya “Qarabağ”ın futbolçularına görə gəlib?

Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən "Səbail” - "Qarabağ” (1:2) matçını izləyənlər arasında Türkiyənin "Qalatasaray” klubunun futbol direktoru Cenk Ergün də olub. 

Türkiyəli futbol funksionerinin Azərbaycana Ağdam klubunun futbolçuları Toral Bayramov və Elvin Cəfərquliyevə baxmağa görə gəldiyi ilə bağlı xəbərlər yayılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, C.Ergünün gəliş səbəbi futbolçularla bağlı deyil. Belə ki, o, paytaxtımıza şəxsi işləri üçün gəlib.

Sadəcə, onun gəliş vaxtı sözügedən matça təsadüf etdiyindən, qarşılaşmanı da izləmək qərarına gəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?