Xəbər lenti

İdman 18:54 10.02.2026

"Qalatasaray" tarix yazdı: Dəyəri 337 milyon avro oldu - TAM SİYAHI

"Qalatasaray" klubu bu mövsüm qış və yay transfer dövrlərində etdiyi transferlərlə heyət dəyərini 337 milyon avroya yüksəldərək Türkiyə futbol tarixinin ən bahalı komandası olub. 

Qaynarinfo "Transfermarkt"a istinadən xəbər verir ki, "sarı-qırmızılılar" ən yaxın rəqibi "Fənərbağça" ilə 100 milyon avrodan çox fərq yaradaraq, Süper Liqada 330 milyon avro həddini aşan ilk klub kimi tarixə düşüb.

Mövsümün əvvəlində heyət dəyəri 300 milyon avro olan "Qalatasaray" qış transfer dövründə etdiyi transferlərlə dəyərini 30 milyon avro artırıb. Siyahıda "Beşiktaş" 178,5 milyon avro ilə üçüncü, "Trabzonspor" 99,4 milyon avro ilə dördüncü", "Başakşəhr" 71,65 milyon avro ilə beşinci sıradadır. Liqanın ən aşağı dəyərə malik klubu isə 15,68 milyon avro ilə "Karagümrük"dür.

18 klubun yaz və qış transfer dövrlərində transfer və icarə haqqı olaraq xərcləri ümumilikdə 475 milyon avro təşkil edib, bunun 450 milyon avrosunu isə dörd böyük klubun payına düşüb. "Galatasaray" 157 milyon avro ilə birinci", "Beşiktaş" 129 milyon avro ilə ikinci, "Fənərbağça" 124 milyon avro ilə üçüncü, "Trabzonspor" 38 milyon avro ilə dördüncü sıradadır.

"Qalatasaray"ın transfer xərclərinin yarısı - 75 milyon avrosu Viktor Osimhenin payına düşüb. 30 milyon avro ödənilən Vinfird Sinqo isə mövsümün ikinci ən bahalı transferi olub. Siyahıda "Fənərbağça"lı Matteo Gündüzi 28 milyon avro ilə üçüncü, "Qalatasaray"lı Uğurcan Çakır 27,5 milyon avro ilə dördüncü yerdədir.

2025/26 mövsumunda Süper Liqa komandalarının heyət dəyərləri (milyon avro ilə):
 

1. Qalatasaray - 336,85
2. Fənərbağça - 236,5
3. Beşiktaş - 178,5
4. Trabzonspor - 99,4
5. Başakşəhər - 71,65
6. Samsunspor - 56,78
7. Göztəpə - 42,9
8. Konyaspor - 42,65
9. Rizəspor - 40,2
10. Qaziantep - 30,3
11. Kasımpaşa - 29,95
12. Kayserispor - 29,95
13. Gənclərbirliyi - 28,95
14. Kocaelispor - 26,75
15. Alanyaspor - 24,95
16. Antalyaspor - 23,1
17. Eyüpspor - 16,7
18. Karagümrük - 15,68

2025/26 mövsumunda transferə ən ən çox xərc çəkən 10 klub (milyon avro ilə):
 

1. Qalatasaray - 157,6
2. Beşiktaş - 129,4
3. Fənərbağça - 124
4. Trabzonspor - 38,6
5. Başakşəhər - 16,3
6. Samsunspor - 15,5
7. Göztəpə - 6,1
8. Konyaspor - 4,6
9. Rizespor - 3,8
10. Alanyaspor - 3,3

2025/26 mövsumunda transferlərdən ən çox gəlir əldə edən 10 klub (milyon avro ilə):
 

1. Beşiktaş - 71,3
2. Fənərbağça - 57,1
3. Trabzonspor - 44,1
4. Göztəpə - 28,5
5. Qalatasaray 18
6. Başakşəhər - 12,2
7. Kasımpaşa 7
8. Alanyaspor 6,9
9. Eyüpspor 6,6
10. Samsunspor 6,1




Aydın
--> -->