İdman 12:34 10.08.2022

"Qarabağ"a uduzan komandanın fanatları etiraz aksiyası keçirəcək

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun rəhbərlik etdiyi "Ferentsvaroş” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda evdə "Qarabağ”a 1:3 hesabı ilə məğlub olaraq turniri tərk edib. 

Qaynarinfo "SV Pressa"ya istindən xəbər verir ki, Macarıstan klubunun azarkeşləri bundan olduqca hiddətlənib.

Fanatlar klubun baş ofisi qarşısında aksiya keçirməyi, rusiyalı mütəxəssisi istefaya səsləməyi planlaşdırırlar. 

Xatırladaq ki, bir müddət əvvəl Stanislav Çerçesov məhz Çempionlar Liqasında özünü sınamaq istədiyi üçün "Ferentsvaroş"u tərk etmək fikrində olmadığını bildirmiş və bir neçə Rusiya klubunun təklifini rədd etmişdi.