Xəbər lenti

İdman 00:07 17.07.2026

"Qarabağ"ın Avroliqanın II təsnifat mərhələsindəki mümkün rəqibi

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" (İslandiya) komandasını mübarizədən kənarlaşdırsa, ÇSKA (Bolqarıstan) kollektivi ilə qarşılaşacaq.

Bolqarıstan təmsilçisi I təsnifat mərhələsində İrlandiyanın "Derri Siti" komandasını iki oyunun ümumi nəticəsinə əsasən 5:3 hesabı ilə məğlub edərək "Qarabağ"ın potensial rəqibinə çevrilib.

Qeyd edək ki, "Qarabağ" "Vestri"yə Bakıdakı ilk matçda 3 cavabsız qolla qalib gəlib. "Vestri" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayıb və komandamız hazırda 1:0 öndədir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->