İdman 16:10 10.08.2022

"Qarabağ" nə qədər qazanacaq?

Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıraraq (0:0, 3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" büdcəsini artırmaq şansı yaxalayıb.

Qaynarifno xəbər verir ki, Ağdam təmsilçisi Plzen "Viktoriya"sını üstələyərək ÇL-in qrupuna düşəcəyi halda, 15 640 000 avro (27 milyon manatdan bir qədər çox) vəsait əldə edəcək.

Qrupdakı hər qələbə üçün 2, 8 milyon avro veriləcəksə, hər heç-heçə 930 000 avro ilə dəyərləndiriləcək.

Ağdamlılar pley-offda uduzacağı təqdirdə, 5 000 000 avro qazanacaq ki, bu da təxminən 8,7 milyon manat deməkdir.