Xəbər lenti

“Qazaxda keçirilən görüşdə bu məsələdə razılıq əldə edilib” - Ekspert
Siyasət 17:52 30.11.2023

“Qazaxda keçirilən görüşdə bu məsələdə razılıq əldə edilib” - Ekspert

"Bu görüş gələcəkdə müzakirə ediləcək təşkilatı məsələləri müəyyən etmək baxımından vacibdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan - Ermənistan sərhədində iki ölkənin Baş nazirlərinin müavinləri arasında baş tutan sərhəd görüşünü şərh edərkən deyib.

T. Zülfüqarov bildirib ki, adıçəkilən görüş zamanı ümumi işin təşkili, kommisiyaların səlahyyətləri istiqamətində görüşlərin mütəmadi şəkildə keçirilməsi barədə fikir mübadiləsi olub:

”Ola bilsin ki, bu məsələlərə aid hansısa razılıq da əldə olunub. Bunu istisna etmirəm. Hələlik siyasi mövzuların müzakirəsinə başlanılmayıb. Siyasi mövzuların müzakirəsinin təşkilatı məsələlər öz həllini tapmasından sonra başlaya bilər. Başa düşməliyik ki, həcm çox böyükdür. Digər tərəfdən, mövqelərdə fərqlər var. Bəyan olunan mövqelər göstərir ki, Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrinə aid fərqli xəritələrdən istifadəni təklif edirlər. Bu da yanaşma üslubundakı fərqliliyi göstərir. Bir sıra mürəkkəb məsələlər qalır. Amma gələcəkdə işlərin hansı şəkildə qurulması baxımından müzakirə edilən təşkilatı məsələlər də vacib mərhələdir”.
 


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü baş tutub. 

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->