Xəbər lenti

Qələbə zirvəsində ayağı sınan alpinist 2026-cı ildə xilas ediləcək
Dünya 13:57 26.08.2025

Qələbə zirvəsində ayağı sınan alpinist 2026-cı ildə xilas ediləcək

Qırğızıstandakı Qələbə zirvəsində (7439 metr) ayağını sındıraraq qalan Natalya Naqovisina ən tez 2026-cı ildə oradan çıxarıla biləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Match TV"yə "Cənubi İnylçek" alpinist düşərgəsinin rəhbəri Dmitri Qrekov bildirib.

Onun sözlərinə görə, hazırda əlavə xilasetmə qrupunu zirvəyə göndərmək onların həyatını riskə atmaq deməkdir.

"Bu gün düşərgə yığışdırıldı, işlər başa çatdı. Gələn il əməliyyatların davam etdirilib-etdirilməyəcəyi məlum deyil. Əslində, oradan indiyə qədər heç kəs çıxarılmayıb", deyə Qrekov qeyd edib.

Naqovisina avqustun əvvəlində alpinistlər qrupunun tərkibində Tyan-Şan dağlarının ən yüksək nöqtəsi olan Qələbə zirvəsinə qalxıb. Lakin 12 avqustda eniş zamanı yıxılaraq ayağını sındırıb.

17 avqustda Qırğızıstan ordusunun xilasetmə üçün göndərdiyi helikopter dağlıq əraziyə çata bilməyib və 4600 metr yüksəklikdə sərt eniş etməyə məcbur olub. 19 avqustda isə hərbçilər və təcrübəli alpinistlər Naqovisinanı xilas etmək üçün hərəkətə keçsələr də, əlverişsiz hava şəraiti səbəbindən ona yetişə bilməyiblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->