Xəbər lenti

Qızlarını diləndirən ata həbs olundu
Ölkə 17:47 11.09.2023

Qızlarını diləndirən ata həbs olundu

Yasamal rayonu, Tiflis prospekti, "İST Petrol"un qarşısında qızlarını diləndirən ata həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1991-ci ildə Ağstafa rayonu, Poylu kəndində anadan olmuş Cavid (ad-şərti) iki azyaşlı qız uşağını dilənçiliklə məşğul olmasına məcbur etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsi ilə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs olunub. 

Məhkəmədə ifadə verən Cavid bildirib ki, iki azyaşlı qız uşağı dilənçiliklə məşğul olurlar, bundan xəbəri var. 9 sentyabr saat 00:10 radələrində qızlarının diləndikləri Tiflis prospektindən götürməyə gedib və dilənməklə əldə etdikləri pulları da onlardan alıb. Bu zaman polis əməkdaşları onu saxlayaraq, bölməyə aparıb və barəsində protokol tərtib edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->