Xəbər lenti

Qlobal qızıl tələbi rekord səviyyəyə çatdı
Dünya 16:15 30.10.2025

Qlobal qızıl tələbi rekord səviyyəyə çatdı

Dünya Qızıl Şurasının (WGC) açıqladığı hesabata əsasən, bu ilin üçüncü rübündə qlobal qızıl tələbi illik müqayisədə 3 faiz artaraq 1313 tona yüksəlib. 

Qaynarinfo xəbər verir ki, bu göstərici indiyədək qeydə alınan ən yüksək rüblük səviyyə kimi tarixə düşüb.

Hesabata görə, qızıla investisiya tələbi bu dövrdə 537 tona çataraq kəskin artım nümayiş etdirib. Artan geosiyasi qeyri-müəyyənliklər və ABŞ dollarının zəifləməsi investorların "təhlükəsiz liman” axtarışını gücləndirib. Mərkəzi banklar da alımlarını artıraraq üçüncü rübdə 220 ton xalis qızıl alıblar. Bu, əvvəlki rüblə müqayisədə 28 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10 faiz artım deməkdir.

İlin ilk doqquz ayında mərkəzi bankların ümumi qızıl alışı 634 tona çatıb. Bu göstərici son üç ilin rekord səviyyələrindən bir qədər geri qalsa da, 2022-ci ilədək olan dövrlə müqayisədə hələ də yüksəkdir.

Qlobal zərgərlik məhsullarına tələbat iqtisadi şəraitin təsiri ilə üçüncü rübdə 19 faiz azalıb. Bununla yanaşı, qızıl təklifi illik müqayisədə 3 faiz artaraq yenidən 1313 tona çatıb və rüblük baxımdan rekord nəticə göstərib.

WGC-nin baş bazar mütəxəssisi Luiz Strit bildirib ki, qızılın unsiya qiymətinin 4 min dollara yaxınlaşması artan tələbi dəstəkləyən amillərin davamlılığını göstərir.

"Zəifləyən ABŞ dolları, azalan faiz gözləntiləri və stagflasiya riski investisiya tələbatını gücləndirir. Qızıl bu il rekord üstə rekord qırdı; mövcud şərait qiymətlərin daha da yüksələ biləcəyinə işarə edir", deyə Strit vurğulayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->