Xəbər lenti

Qutsulun ev dustaqlığı daha bir ay uzadıldı
Dünya 18:38 10.07.2025

Qutsulun ev dustaqlığı daha bir ay uzadıldı

Kişinyovun rayon məhkəməsi Qaqauziya Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul barəsində ev dustaqlığının daha 30 gün müddətinə uzadılması ilə bağlı ittiham tərəfinin vəsatətini təmin edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Qutsulun vəkili Nataliya Bayram bildirib ki, bu qərarla razı deyillər və Kişinyov Apellyasiya Palatasına müraciət edəcəklər.

Yevgeniya Qutsul seçki kampaniyasının maliyyələşdirmə qaydalarını pozmaqda ittiham olunur. Moldova prokurorluğu onun barəsində 9 il azadlıqdan məhrumetmə və daha 5 il dövlət vəzifəsi tutma hüququndan məhrumetmə cəzası tələb edir. Onunla bağlı hökm 5 avqust tarixində elan ediləcək.

Qutsul daha əvvəl bəyan etmişdi ki, onun işindəki şahidlər ifadələri hakimiyyətin təzyiqi altında veriblər. O həmçinin iddia edir ki, hakimiyyət orqanları ona qarşı irəli sürülən cinayət işinin dayandırılması müqabilində Qaqauziya rəhbəri postunu tərk etməyi təklif ediblər.

Bu gün Qutsul bildirib ki, onun ev dustaqlığının uzadılması məsələsinə baxan hakim iclas zamanı özünü işdən kənarlaşdırıb: "Bildirdi ki, təzyiq hiss edir".

Yevgeniya Qutsul 25 mart tarixində Kişinyov hava limanında İstanbul reysinə minmək üzrə olarkən saxlanılıb. Bir neçə gün sonra barəsində həbs qətimkan tədbiri seçilib. 9 aprel tarixində isə ev dustaqlığına buraxılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->