Sənət 13:02 04.11.2023

Rasim Balayev bu vəzifəyə namizəd oldu

Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub.

Bu barədə Qaynarinfo-ya AKİ-dən məlumat verilib.

Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının il sonuna doğru olacağı gözlənilir.