Xəbər lenti

İdman 21:40 17.05.2023

"Real" gənc ulduz üçün 100 milyon avrodan çox pul təklif etdi

"Real" "Borussiya"nın gənc ulduzu (Dortmund) Cude Bellingemi transfer etməkdə israrlıdır.

Qaynarinfo-nun məlumatına görə, Madrid klubu Bundesliqa təmsilçisinə rəsmi təklif də göndərib. Bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə Bellingemlə danışıqlara start verən Madrid təmsilçisi Dortmund klubununa  bonuslar da daxil olmaqla 100 milyon avrodan bir qədər çox məbləğ təklif edib. "Real" danışıqların qısa müddətdə başa çatdırılmasının tərəfdarıdır. Bunun üçün klubun baş direktoru Xose Anxel Sançesin yaxın günlərdə Dortmunda gedəcəyi gözlənilir. 

"Real" Bellinqemə illik 14 milyon avro təklif edib. Bu səbəbdən hətta Bellingemin Dortmund tarixində ən çox maaş alan futbolçu olmaqdan imtina etdiyi də bildirilir. 

Almaniya təmsilçisi ilə 2025-ci ilin iyun ayına qədər müqaviləsi olan futbolçu "Borussiya"nın heyətində 129 rəsmi matçda 21 qola, 25 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->