Xəbər lenti

“REAL-ın yeni siyahısı hazırdır, bu dəfə problem olmayacaq” (AÇIQLAMA)
Siyasət 14:26 03.08.2023

“REAL-ın yeni siyahısı hazırdır, bu dəfə problem olmayacaq” (AÇIQLAMA)

"Düşünürəm ki, avqustun ortalarında yenilənmiş siyahını Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərli deyib. O, hazırda siyahıların üzərində kifayət qədər ciddi iş getdiyini vurğulayıb: 

"Ciddi bir problem olacağını da düşünmürəm. REAL-ın avqustun 17-18-nə kimi vaxtı var. Siyahıları dəqiqləşdiririk, çox ciddi iş gedir. Bununla bağlı bir  neçə qrup işləyir. Çünki bəzi məlumatların  dəqiqləşdirilməsinə ehtiyac var idi. Artıq siyahıda  yer alan üzvlərin böyük bir hissəsi dəqiqləşdirilib”. 

Natiq Cəfərli hazırda partiyaya yeni üzvlərin aktiv şəkildə müraciət etdiyini vurğulayb: 

"Onlarla insan partiyaya üzv olmaq üçün müraciət edir. Onların da məlumatları dəqiqləşdirilir”. 

Qeyd edək ki, REAL "Siyasi Partiyalar Haqqında” qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdi. Lakin nazirlik partiyanın onlara təqdim etdiyi üzv sayında texniki problemlərin olduğunu əsas gətirərək sənədləri geri qaytarıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->