Xəbər lenti

Siyasət 12:10 27.06.2022

Rəfail Bağırov Əlcəzair Milli Xalq Məclisində

Azərbaycan Respublikasının Əlcəzairdəki səfirliyinin müvəqqəti işlər vəkili Rəfail Bağırov Əlcəzair Milli Xalq Məclisinin dəvətinə əsasən 26 iyun 2022-ci il tarixində Əlcəzair Milli Xalq Məclisində iki ölkənin dostluq qrupunun inauqurasiya mərasimində iştirak edib. 
 
İnauqurasiya mərasimində Milli Xalq Məclisinin sədr müavini cənab Munzer Boden, Əlcəzair-Azərbaycan Dostluq qrupunun sədri cənab Ğarbi Abdelbaset, millət vəkilləri  və Əlcəzair XİN-nin Asiya və Okianusiya idarəsinin rəis müavini cənab Lounas Taazibet işitirak etdilər. Mərasimdə Sədr müavini M.Bouden, Səfirliyin müvəqqəti işlər vəkili R.Bağırov, Əlcəzair-Azərbaycan Dostluq qrupunun sədri Ğarbi Abdelbaset çıxış etdilər

Azərbaycan Respublikasının Əlcəzairdəki Səfirliyinin müvəqqəti işlər vəkili Rəfail Bağırovun Əlcəzair-Azərbaycan Parlament Dostluq Qrupunun inauqurasiya mərasimində çıxışının qısa məzmunu  (26 iyun 2022-ci il)

R.Bağırov Əlcəzair-Azərbaycan Parlament Dostluq Qrupunun təsis iclasında iştirak etməkdən məmnunluğunu ifadə edərək, Azərbaycan və Əlcəzairin dünya xəritəsində mühüm coğrafi və strateji coğrafi mövqelərə malik ölkələr olduğunu və bu mövqeyin dünya ölkələri üçün hər iki ölkənin əhəmiyyətini artırdığını ifadə edərək, Azərbaycanla Əlcəzairi birləşdirən mühüm amil kimi hər iki ölkə xalqlarının müstəqillik uğrunda apardıqları şərəfli mübarizə yolunu qeyd etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin İslam Şərqində ilk parlamentli demokratik respublika olduğunu və xalqımızın müstəqillik tarixində mühüm yer tutduğunu, eləcə də Azərbaycan ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərindən çox böyük və çətin müstəqillik yolu keçdiyini, Azərbaycanın həm xarici təcavüzə və erməni işğalına qarşı böyük mübarizə apararaq 31 il əvvəl öz müstəqilliyini bərpa etdiyini vurğuladı.

R.Bağırov ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinin əsasını qoyduğunu, ölkəni çətin vəziyyətdən xilas edərək, hal-hazırda Prezident cənab İlham Əliyevin bu siyasəti məharətlə davam etdirdiyini və cəsarətli qərarlar qəbul edərək, nəticədə onun əzmkarlıq və müdriklik göstərərək, xalqın dəstəyi sayəsində 2020-ci ildə ikinci Vətən müharibəsində qalib gəldiyini mərasim iştirakçılarının diqqətinə çatdırdı və erməni işğalına qalib gəldiyini bildirdi. O, Əlcəzairin də bu il, 2022-ci ildə müstəqilliyinin 60-cı ildönümünü qeyd etdiyini, Əlcəzair xalqının 1830-cu illərdən müstəmləkəçilikdən azad olmaq üçün mübarizə apardığını və bunun 1954-cü ildən səkkiz illik qanlı mübarizədən sonra 1962-ci ildə əldə edildiyini vurğuladı. 

Bundan başqa, o, Azərbaycanın neft sahəsində böyük tarixə və hər iki ölkənin zəngin neft və qaz ehtiyatlarına malik olduğunu, eləcə də neft və qaz hasil edən ölkə kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladıqlarını millət vəkillərinin diqqətinə çatdırdı. R.Bağırov Azərbaycanın dünyanın mühüm beynəlxalq enerji şirkətləri ilə birgə layihələr həyata keçirdiyini, ölkəmizin regionda mühüm əməkdaşlıq və investisiya mərkəzinə çevrilməyə başladığını qeyd etdi və Azərbaycanın neft və təbii qazı dünya bazarlarına çatdırmaq üçün böyük kəmərlər çəkdiyini və Cənub Qaz Dəhlizi kimi nəhəng layihəni reallığa çevirdiyini millət vəkillərinin diqqətinə çatdırdı. O, Əlcəzairin də neft, təbii qaz, dəmir filizi, fosfat, uran, qurğuşun və sink kimi təbii sərvətlərə malik Şimali Afrikanın Aralıq dənizi sahilində yerləşən ən böyük ölkəsi kimi geniş imkanlara malik olduğunu və bu çərçivəsində əməkdaşlıq üçün əlverişli imkanları olduğunu bildirdi. R.Bağırov, hər iki ölkənin bu sahədə zəngin təcrübəsinin olduğunu nəzərə alaraq, bu təcrübənin paylaşılmasının hər iki ölkə üçün əməkdaşlığa fayda verəcəyini diqqətə çatdırdı.

R.Bağırov həmçinin 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20 faizə yaxınının Ermənistan tərəfindən işğal edildiyini və erməni qüvvələrinin Azərbaycan torpaqlarında etnik təmizləmə apardıqlarını, təxminən 30 ildən sonra 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan ərazisinin böyük bir hissəsini BMT tərəfindən pislənən Ermənistanın qanunsuz işğalından azad etdiyini, habelə Ermənistanın 2020-ci ilin noyabrın 10-da təslim olub Azərbaycanın işğal olunmuş daha üç rayonundan da çəkilməyə razılaşdığını diqqətə çatdıraraq, Ermənistanın 30 illik zorakı və vəhşi işğalı nəticəsində Azərbaycanın 10 min kvadrat kilometrə yaxın ərazilərinin dağıdılaraq, bir milyona yaxın azərbaycanlının yaşadığı qədim yurdlarından didərgin salındığını, bütün şəhərlərin, qəsəbə və kəndinin talan edildiyini qeyd etdi. O, Ermənistanın 30 illik işğalı ərzində Azərbaycanın mədəni və dini irsini hədəf alan misli görünməmiş mədəni soyqırım törətdiyini, ermənilərin 700-dən çox tarixi abidəni dağıtdığını, 22 muzey, 927 kitabxana (5 milyona yaxın kitab, o cümlədən nadir əlyazmalar), 26 qala və digər mədəni irs obyektlərin talan edildiyini və mənimsənildiyini millət vəkillərinin diqqətinə çatdırdı. Ermənistanın qəsdən məscidləri hədəf alaraq dağıtdığını, işğal olunmuş ərazilərdə 65 məscidin talan və təhqir edilərək, onların əksəriyyətinin donuz tövləsinə çevrdiklərini millət vəkillərinin və mərasim iştirakçılarının diqqətinə çatdırdı. O, Əlcəzairin hər zaman dost və qardaş Azərbaycan xalqını və dövlətini dəstəklədiyini və bu xüsusda bir neçə Əlcəzair xeyriyyə cəmiyyətlərinin işğaldan azad edilmiş torpaqlarda tikinti və xeyriyyə işlərində iştirak etmək təşəbbüsü ilə çıxış etdiklərini də vurğuladı. 

R. Bağırov Azərbaycan və Əlcəzairin BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini, Əlcəzairin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyini beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü pisləyən qətnamələrin qəbul edilməsində nümayiş etdirdiyini qeyd etdi və Qoşulmama Hərəkatı Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığa toxunaraq, bunun hər iki ölkə tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini vurğuladı. R.Bağırov Hərəkatının Parlament Şəbəkəsinin növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı Əlcəzair Milli Xalq Assambleyasının sədri cənab İbrahim Buqalinin rəhbərliyi altında ən yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini qeyd etdi və Əlcəzair-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvlərinə uğurlar arzulayaraq, qrupun fəaliyyətə başlamasını yüksək qiymətləndirdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->