Xəbər lenti

Rəşad Sadıqov 50-yə çatdı
İdman 15:20 27.05.2024

Rəşad Sadıqov 50-yə çatdı

Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının XXXVI turunda baş verib.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi "Zirə” öz meydanında "Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. 

Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş Sadıqov 2020-ci ilin yayından "Zirə”nin baş məşqçisidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->