Xəbər lenti

Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır
Siyasət 11:15 13.06.2025

Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır

İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında bildirilib.

"Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir", - bəyanatda deyilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->