Xəbər lenti

Rövşən Rüstəmovdan daha bir təyinat (FOTO)
Ekonomiks 12:02 08.07.2026

Rövşən Rüstəmovdan daha bir təyinat (FOTO)

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində daha bir yeni təyinat olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə ADY sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Sədrin əmri ilə Rəşad Ağayev qurumun Hərəkət vasitələrinin təmiri departamentinin baş iqtisadçısı vəzifəsindən azad edilərək İnnovativ həllər şöbəsinin müdir müavini təyin olunub.

R.Ağayev 2017-ci ildən ADY-də müxtəlif vəzifələrdə çalışır.

Xatırladaq ki, bir neçə gün öncə ADY-də daha bir təyinat olub. QSC sədri Rövşən Rüstəmovun əmri ilə Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib.
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->