XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sürücülərə xəbərdarlıq: Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
Ölkə21:33 19.09.2026

Sürücülərə xəbərdarlıq: Bakıda bəzi parklanma məntəqələri bağlanacaq

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.

Sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazidəki parklanma nişanlarına diqqət yetirmələri və məhdudiyyət tətbiq olunan yerlərdə avtomobillərini saxlamamaları xahiş olunur.