Siyasət 17:16 14.09.2022

Roma Papası hər kəsi Azərbaycan və Ermənistan arasında sülh üçün dua etməyə çağırdı

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

Qaynarinfo bu barədə "Sputnik Qazaxıstan"a istinadən xəbər verir.

Papa Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasim zamanı çıxışında iki ölkə arasındakı gərginliyə toxunub.

"Mən təşvişlə öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun", deyə Vatikan lideri bildirib.

Qeyd edək ki, Roma Papası Qazaxıstanda Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edir.
 
Aydın