Xəbər lenti

Dünya 23:25 08.09.2023

Roma Papası Rusiya ilə danışıqlarda vasitəçi ola bilməz - Podolyak

Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Papa Fransisk Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi ola bilməz. Onun fikrincə, o, rusiyayönlü mövqe tutur.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Ukrayna 24” telekanalına bildirib.

Podolyakın dediyi kimi, Polşanın "Wprost” jurnalının karikaturasında Roma Papası Fransiskin rus tankının şassisi olan avtomobildə Z hərfi ilə təsviri katolik dünyasının Müqəddəs Taxt-Tacın bəyanatlarına münasibətini açıq şəkildə göstərir. 

"Birincisi, əlbəttə ki, tamamilə şüursuz, lakin Müqəddəs Taxtın nüfuzununun "sıfırlanmasıdır”. İkincisi, Vatikanın yerinə yetirə biləcəyi istənilən vasitəçilik missiyasının tamamilə "sıfırlanmasıdır”. Əgər hamıya tamamilə aydın olan rusiyapərəst mövqe tutursa, o zaman Papa adlı vasitəçi barəsində danışmağın mənası yoxdur”, - Mixail Podolyak bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->