Xəbər lenti

Roma Papası və Zelenski ABŞ liderlərini geridə qoydu
Dünya 22:04 06.08.2025

Roma Papası və Zelenski ABŞ liderlərini geridə qoydu

"Gallup” tədqiqat şirkətinin keçirdiyi sorğuya əsasən, ABŞ vətəndaşları Roma Papası XIV Levə digər ictimai-siyasi liderlərlə müqayisədə daha müsbət münasibət bəsləyir. 

Qaynarinfo xəbər verir ki, sorğu nəticələrinə görə, amerikalıların 46 faizi Papa XIV Lev haqqında müsbət fikirdədir. Bu göstərici, Ukrayna prezidenti Volodimir Zelenskinin aldığı nəticədən 26 faiz bəndi yüksəkdir - Zelenski reytinqdə ikinci yeri tutub.

ABŞ sakinləri, əsasən, öz ölkələrinin siyasi liderləri barədə mənfi rəy bildirib. Sorğuda keçmiş prezident Cozef Bayden, hazırkı vitse-prezident Cey Di Vens və ABŞ prezidenti Donald Tramp kimi adlar xüsusilə aşağı reytinqlərlə yadda qalıb.

Reytinqin son sıralarında İsrailin baş naziri Benyamin Netanyahunun və amerikalı sahibkar İlon Maskın adları yer alıb.

Sorğu 7–21 iyul tarixlərində keçirilib, iştirakçı sayı min nəfəri keçib. Nəticələrin statistik xətası təxminən ±4 faiz bəndi təşkil edib.

Xatırladaq ki, Roma Papası XIV Lev 8 may tarixində keçirilən konklavın dördüncü turunda seçilib. Seçildiyi gün verdiyi ilk müraciətdə o, "Hər birinizə sülh arzulayıram” sözləri ilə çıxış edib və insanları dialoq körpüləri qurmağa çağırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->