Dünya 15:47 16.02.2024

Rusiya HƏMAS və “İslami Cihad”ı Moskvada Fələstinlə bağlı görüşə dəvət edib

Rusiya hakimiyyəti HƏMAS və "İslami Cihad” da daxil olmaqla 14 təşkilatı Moskvada keçiriləcək "Fələstinlərarası görüşə” dəvət edib. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov deyib.

"Biz bütün Fələstinin nümayəndələrini - Suriya və Livan da daxil olmaqla, müxtəlif ölkələrdə və regionun digər ölkələrində mövqeləri olan bütün siyasi qüvvələri dəvət etdik", - Mixail Boqdanov bildirib. 

XİN rəhbərinin müavini qeyd edib ki, "Fələstinlərarası görüş”ün tərkibi əvvəlki iki ilə təxminən eynidir: 12-dən 14-ə qədər təşkilat. HƏMAS və "İslami Cihad” istisna olmaqla, onların hamısı Fələstin Azadlıq Təşkilatının bir hissəsidir.

"Fələstinlərarası görüş” fevralın 29-dan martın 1-dən 2-dək baş tutacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 13-də Valday Beynəlxalq Diskussiya Klubunun XIII Yaxın Şərq Konfransında Fələstinlərarası danışıqların Moskvada keçirilməsini təklif edib.

Nizami Bağırov