Xəbər lenti

Rusiya mayın 8-dən 10-dək atəşkəs elan etdi
Ölkə 20:48 07.05.2026

Rusiya mayın 8-dən 10-dək atəşkəs elan etdi

Rusiya tərəfi 9 May - Qələbə Günü ilə əlaqədar 8 may saat 00:00-dan mayın 10-dək Ukrayna ilə müharibədə atəşkəs elan edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarına uyğun olaraq, sovet xalqının Böyük Vətən müharibəsindəki Qələbəsinin 81-ci ildönümünün qeyd olunduğu günlərdə 8 may saat 00:00-dan mayın 10-dək Rusiya tərəfi atəşkəs elan edir", - məlumatda qeyd olunub.
--> -->