Xəbər lenti

Dünya 14:59 08.04.2024

Rusiya müharibə və səfərbərliyə görə Afrikadan həkimlər cəlb edir - Britaniya kəşfiyyatı

Rusiya müharibə və səfərbərlik görə kadr çatışmazlığı səbəbindən Afrikadan ixtisassız həkimlər cəlb edir. Tibb sistemi pisləşməkdə davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X-da (Keçmiş "Twitter") məlumat yayıb.

Hesabatda qeyd edildiyi kimi, aprelin 3-də Rusiya Dövlət Dumasının sədri 30 min həkim çatışmazlığı barədə açıqlama verib, rayon xəstəxanalarında isə çatışmazlıq təxminən 50% təşkil edir. Bu, 2023-cü ilin noyabrında olan rəqəmlərdən (26,5 mindən) çoxdur.

Britaniya kəşfiyyatının məlumatına görə, hazırkı çatışmazlıq bəzi tibb işçilərinin özəl sektorda çalışması, digərlərinin isə ölkəni tərk etməsi ilə bağlıdır. 2022-ci ilin sentyabrında səfərbərlikdən sonra həkimlərə ölkəni tərk etməmək barədə açıq şəkildə xəbərdarlıq edilib. Həkim və tibb işçilərinin 2%-ə qədəri hərbi xidmətdən yayınmaq üçün Rusiyanı tərk edib.

2024-cü ilin yanvar ayında həkimlərin sayının əvvəlki 15 ayda 7500 nəfər azaldığı təxmin edilirdi, bunun səbəbi uzun iş saatları və aşağı əmək haqqıdır. Avropa Siyasətinin Təhlili Mərkəzinin məlumatına görə, Rusiya bu problemlə mübarizə aparmaq üçün Afrika ölkələrindən məhdud ixtisaslara malik işçiləri işə cəlb edir.

"Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün əsas resurslar və maliyyə öhdəlikləri rus əhalisinə xidmət edən bir sıra mülki sektorlara mənfi təsir göstərir. Rusiyada tibb işçilərinin sayı 2024-cü il ərzində azalmağa davam edəcək. Tibb işçilərinin məhdud ixtisas yoxlanması ilə xaricdən cəlb edilməsi klinik təcrübənin deqradasiyası potensialı yaradır”, - Britaniya Müdafiə Nazirliyi qeyd edir.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?