Xəbər lenti

Rusiya müvəqqəti atəskəs elan etdi
Dünya 22:53 04.05.2026

Rusiya müvəqqəti atəskəs elan etdi

Rusiya 8 və 9 may tarixləri üçün müvəqqəti atəşkəs elan etdiyini açıqlayıb. Qərarın İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə verildiyi bildirilib.

Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyi qeyd edib ki, həmin günlərdə keçiriləcək tədbirlərin təhlükəsizliyini təmin etmək üçün Silahlı Qüvvələr hazır vəziyyətdə olacaq və bütün zəruri addımlar atılacaq.

Rəsmi açıqlamada vurğulanıb ki, Ukrayna tərəfinin də bu müddət ərzində hərbi əməliyyatları dayandıracağı gözlənilir. Bununla yanaşı, qeyd olunub ki, bayram tədbirlərinə maneə yaradılarsa, cavab tədbirləri görüləcək və xüsusilə paytaxt Kiyev hədəf ola bilər.

Nazirlik həmçinin Kiyevdə yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına təhlükəsizlik məqsədilə şəhəri vaxtında tərk etməyi tövsiyə edib.
--> -->