Dünya 12:05 05.05.2022

Rusiya Patriarxı Kiril Papadan küsdü: “Putinin altar xidmətçisi...”

Rusiya Pravoslav Kilsəsi Roma Papasını Rusiya Patriarxı Kiril haqqında yalnış tonda danışdığı üçün məzəmmət edib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Pravoslav Kilsəsinin açıqlamasında bildirilib

Bir neçə gün əvvəl Roma Papası italyan qəzetinə verdiyi müsahibəsində "Patriarx Kiril Putinin altar xidmətçisi ola bilməz” demişdi. 

Rus Pravoslav kilsəsi açıqlamasında bildirib ki, Patriarx Kirillə Papanın bir başa danışığından bir ay yarım sonra Papanın belə tonda danışması təəssüf doğurur. 
"Papa Fransisk söhbətinin məğzini çatdırmaq üçün düzgün olmayan ton seçib. Bu cür açıqlamalar Roma-Katolik Kilsəsi ilə Rusiya Pravoslav Kilsəsi arasında, xüsusilə indiki vacib zamanda konstruktiv dialoqun qurulmasına töhvə vermir”,- Moskva Patriarxatlığından bildirilib.

Rusiya Patriarxı Kiril Putinin müttəfiqi hesab olunur və o Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyir. 

Avropa Komissiyası yeni sanksiyalar paketində yüzlərlə rus hərbçisi və biznes adamlarının daxil olduğu siyahıya Patriarx Kirilin də daxil edilməsini təklif edib. Komissiya Patriarx Kirilin aktivlərinin dondurulmasını istəyir.

Nurlan Hüseynov