Xəbər lenti

Dünya 09:48 30.04.2022

Rusiya QRES-2-də güclü yanğın baş verdi: texnoloji proses dayandırıldı (VİDEO)

Rusiyada yanğınlar davam edir. Bu dəfə Yaponiyanın yaxınlığında yerləşən Saxalində QRES-2 yanmağa başlayıb. Adanın sakinləri onlayn məlumat verərkən əvvəlcə bir partlayış eşidib.

Qaynarinfo yerli KİV-in məlumatına istinadla xəbər verir ki, partlayış aprelin 30-da saat 12:00 radələrində Saxalinin İlyinski kəndində baş verib. Sonradan məlum olub ki, QRES-2-nin ikinci bloku yanmağa başlayıb.

TASS yazır ki, hazırda xilasedicilər turbin bölməsindən dam örtüyünə çevrilən yanğınla mübarizə aparır. Rəhbərlik də stansiyaya gəlib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı özbaşına tərk etdiyini bildirib. İndi texnoloji proses dayandırılıb.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->