Xəbər lenti

Ölkə 11:18 09.04.2024

Rusiyadan qızının nişanına gələn ata və ana faciəvi şəkildə öldü

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

Onların 3 gün əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldikləri bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və evdə meyitlərini aşkarlayıblar.

İlkin ehtimala görə, ər və arvad dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->