Xəbər lenti

Rusiyanın dondurulmuş pulları mənfəət gətirir, Aİ bankları onu kimə verəcəyini bilmir
Dünya 12:14 25.05.2023

Rusiyanın dondurulmuş pulları mənfəət gətirir, Aİ bankları onu kimə verəcəyini bilmir

Aİ bloklanmış Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirin Ukraynaya köçürülməsi imkanını nəzərdən keçirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə, Financial Times məsələnin müzakirəsi ilə tanış olan mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, dondurulmuş vəsaitlər (Belçika hökumətinin məlumatına görə, bu, demək olar ki, 197 milyard avrodur, bunun 180 milyardı Mərkəzi Bankın aktivləridir, onlar Euroclear maliyyə şirkətindədir) cari ilin birinci rübündə 734 milyon avro mənfəət əldə edib. Qəzet qeyd edir ki, Euroclear üçün müştəri vəsaitlərini borc vermək və qazanılan faizləri tutmaq "standart təcrübədir".

"Maliyyə qurumları bu pulla nə edəcəklərini bilmirlər”, - mənbədən biri nəşrə bildirib. O, etiraf edib ki, bu pullar Kiyevə köçürülə bilər. Başqa bir müsahib isə qeyd edib ki, "köçürülməsi mümkündür”.

Qəzetin həmsöhbətləri bu aktivlərin sonradan mənfəətin idarə edilməsi ilə investisiya edilməsini dondurulmuş aktivlərlə məşğul olmaq üçün başqa variant adlandırıblar. Hər iki halda hüquqi nüanslar müzakirə olunur.

FT əlavə edir ki, konkret təkliflər iyunun sonunda təqdim oluna bilər. Qəzetin yazdığına görə, Rusiya aktivləri ilə bağlı indiyədək səslənən yeganə variant Belçika hakimiyyətinin bu fondlardan əldə olunan faiz gəlirindən vergi gəlirlərini Ukraynaya və qaçqınlara kömək etmək niyyəti ilə bağlı bəyanatı olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->