XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ukraynada səfir idi, Azərbaycana təyin edildi
Siyasət10:41 16.09.2026

Ukraynada səfir idi, Azərbaycana təyin edildi

Gürcüstan Georgi Zakaraşvilini Azərbaycana səfir təyin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Azərbaycana təyin edilməzdən əvvəl Zakaraşvili Gürcüstanın Ukraynadakı diplomatik missiyasına rəhbərlik edib və ölkəsinin GUAM-dakı daimi nümayəndəsi olub.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze olub. Hazırda Pataradze Acarıstan Muxtar Respublikasının hökumətinin sədridir.