Xəbər lenti

Dünya 09:54 29.09.2023

Saakaşvili keçmiş xanımını "həyatının əsas sevgisi" adlandırdı: "Onu incitmişəm"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili iki ildə ilk dəfə keçmiş həyat yoldaşı Sandra Rulofs ilə görüşüb və onu "həyatının əsas sevgisi” adlandırıb. Sabiq prezident keçmiş xanımını incitdiyinə görə peşman olduğunu bildirib. 

Qaynarinfo-nun məlumatına görə, Saakaşvili vurğulayıb ki, Sandra indiyə qədər tanış olduğu ən mehriban və ağlabatan insandır. O, vətənpərvər iki gözəl oğul böyütdüklərini bildirib.

"Sandra həyatımın əsas sevgisi və şəxsiyyətinin vacib hissəsi olaraq qalır", deyən Saakaşvili onu incitdiyi hər an üçün narahatlığını ifadə edib. O, əmin edib ki, gələcəkdə Sandra və oğulları Eduardla Nikolosa dəstək olmaq üçün əlindən gələni edəcək.

Qeyd edək ki, bu günlərdə keçmiş xanımı Sandra Rulovs Saakaşviliyə xəstəxanada Saakaşviliyə baş çəkib. Sandra deyib ki, o, iki ildən sonra ilk dəfə buna "psixoloji cəhətdən qadir olub”. 

Onun sözlərinə görə, keçmiş ərini ziyarət etmək üçün "psixoloji cəhətdən hazır olmağa” ona iki il lazım olub. Sandra Rulofs Tiflis klinikasında baş tutan görüşün "səmimi söhbət” olduğunu bildirib. Rulofs keçmiş prezidentlə artıq birlikdə olmadıqlarını vurğulayaraq, eyni zamanda Saakaşviliyə cansağlığı və xoşbəxtlik arzulayıb.

Qeyd edək ki, Saakaşvili özünə qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin payızının ortalarında gizli şəkildə vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb.

Xatırladaq ki, milliyətcə holland olan Sandra Rulofs 1993-cü ildə Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunda ali təhsilini davam etdirərkən Mixail Saakaşvili ilə tanış olub və onunla birlikdə Nyu-Yorka köçüb. 1996-cı ildə cütlük Gürcüstana gəlib və Sandra Rulofs Beynəlxalq Qırmızı Xaç Komitəsində və Niderland Krallığının konsulluğunda işləyib. Onlar 2004-cü ildə rəsmi nikaha giriblər və 2013-cü ildə boşanınlar. Cütlüyün Eduard (1995) və Nikoloz (2005) adlı iki oğlu var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->