Xəbər lenti

İdman 16:37 17.06.2026

"Sabah" və "Qarabağ"ın Konfrans Liqasındakı potensial rəqibləri açıqlandı

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Qaynarinfo-nun məlumatına görə, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, "Flora" (Tallin, Estoniya) - "İberiya" (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.

"Qarabağ"ın da Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" komandasına uduzsa, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Litva) duelinin qalibi ilə görüşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

--> -->