Bakının Biləcəri qəsəbəsində fəaliyyət göstərən "Salt Hotel"də oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, otelin müştərilərindən biri digərinə məxsus "iPhone 15 Pro" markalı mobil telefonunu və 200 manat pulunu oğurlayıb.
Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, zərərçəkmişin çantasından 200 manat deyil, 100 manat götürüb. Həmin pulu da ona özü veribmiş. O, əməlini içkili olması ilə izah edib və bildirib ki, özünü Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilir.
Məhkəmə onun əməlini 177.1-ci maddəyə tövsif etməklə ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət təyin olunan cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid
Şərhlər