Dünya 14:30 20.05.2023

Sandu MDB ilə əməkdaşlığı Moldova üçün faydasız adlandırdı

Moldova vətəndaşları Müstəqil Dövlətlər Birliyi (MDB) ilə tərəfdaşlıqdan faydalana bilmirlər.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Moldovanın MDB Parlamentlərarası Assambleyasından çıxmaq planları mayın 15-də parlamentin sədri İqor Qrosu tərəfindən açıqlanıb. Onun sözlərinə görə, ölkənin MDB-də olması Dnestryanı münaqişənin həllinə kömək etməyib.

Sandu bu qərarı şərh edərək vurğulayıb ki, bu ilin ortalarına qədər Kişinyov Avropa İttifaqına daxil olmaq üçün Avropa Komissiyasının bütün şərtlərini yerinə yetirəcək. "Biz bu il bütün şərtləri yerinə yetirməyə hazır olacağıq, Moldova və Ukrayna ilə danışıqların başlanması ilə bağlı müzakirələr Avropa Şurası səviyyəsində gündəmə gələndə görəcəyik”, - deyə prezident bildirib.

Xatırladaq ki, Sandu əvvəllər Moskvanın yazda Kişinyovda Avropayönlü hökuməti devirməyə və rusiyayönlü qüvvələri hakimiyyətə gətirməyə cəhd etdiyini iddia etmişdi.

Alpər