Portuqaliyalı məşqçi Fernando Santuş Polşa Futbol Federasiyası tərəfindən istefaya göndərilib.
 
Qaynarinfo-nun məlumatına görə, buna səbəb AVRO-2024-ün seçmə mərhələsində onun komandasının göstərdiyi zəif nəticələr olub. Doqquz ay əvvəl vəzifəyə təyin olunan 68 yaşlı Santos futbol üzrə Avropa çempionatının AÇ-2024-ün seçmə mərhələsində uğursuz nəticə göstərdiyi üçün qovulub.
	
Federasiya prezidenti Sezari Kulesza açıqlamasında, mütəxəssisə uğurlar arzulayıb və təşəkkür edib. 
 
	
E qrupunda 5 matçda 2 qələbə və 3 məğlubiyyətlə ayrılan Polşa altı xalla dördüncü pillədə qərarlaşıb. 
	
Santos 2016-cı ildə Avropa çempionatında Portuqaliyanı çempionluğa daşıyıb. DÇ-2022-də isə Portuqaliya millisi 1/4 finalda Mərakeşə məğlub olaraq mübarizədən kənarlaşdırılıb.
 
Səbuhi Həsənov
             
            
Şərhlər