Dünya 21:59 17.05.2023

Seçkidə II tur: “Ərdoğanın şansı daha yüksəkdir”

"İkinci tura Rəcəb Tayyib Ərdoğan daha üstün vəziyyətdə gedir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyədə mayın 28-də keçiriləcək prezident sekilərinin ikinci turu barədə danışarkən deyib:
 
"Ərdoğanın səsləri rəqibin səslərindən 5 faiz daha çoxdur, komandası daha monolitdir. Kamal Kılıçdaroğlu isə nisbətən geridə gedir, üstəlik komandası daha kövrək koalisiyadan ibarətdir. Bu elektoratı yenidən səfərbər edib, seçkiyə aparmaq elə də asan iş deyil. Lakin qarşıda ən azı 10 gün var, üstəlik ikinci tur sadə səs çoxluğu ilə yekunlaşır. Yəni, seçicilərlə işləmək daha rahatdır. 

Birinci seçkidə səs verə bilməyən, səs verməyən, tərəddüd edən qrupları da səfərbər etmək mümkündür. Məsələn, birinci turda 1,3 milyon seçicinin səsi etibarsız sayılıb. Bu, ölkə üzrə seçicilərin 2 faizi deməkdir. Yəni, ikinci tur haqqında indidən qəti söz demək çətindir. Lakin start vəziyyətdə üstünlük Ərdoğana məxsusdur”.
 
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri 50+1 faiz toplaya bilmədiyindən mayın 28-də ikinci tur keçiriləcək. 

Rüfət Sultan