Xəbər lenti

Seysmoloq:
Dünya 17:25 19.08.2023

Seysmoloq: "Zəlzələ İstanbulda 100 minə yaxın evi dağıdacaq"

"Elm adamlarının proqnozlaşdırdığı güclü zəlzələnin İstanbulda 100 minə yaxın evin dağıdacağı gözlənilir". 

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin aparıcı seysmoloqu Naci Görür "Hürriyyət” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İstanbulda 100 minə yaxın evin sakinləri təhlükə altındadır, çünki binalar zəlzələyə hazır deyil: "Əvvəlcə onların qayğısına qalaq, həyatı təhlükədə olan insanlar üçün evlər tikək”.

Alim çoxmilyonlu şəhərdə zəlzələyə davamlı yaşayış evlərinin tikintisini nəzərdə tutan xüsusi qanunun qəbulunu dəstəkləyib.

Bundan əvvəl Naci Görür Türkiyənin güclü zəlzələlər dövrünə girdiyi barədə xəbərdarlıq etmişdi. O, İstanbulda təhlükəli yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu xatırladıb və bu istiqamətdə ciddi işlərin başlanması ilə tələsməyi tövsiyə edib.

Avqustun 9-da seysmoloq Celal Şengör mümkün zəlzələlərin İstanbul üçün fəlakətli nəticələrini proqnozlaşdırıb. Onun sözlərinə görə, fövqəladə hallar xidmətləri xilasetmə əməliyyatlarında böyük çətinliklərlə üzləşə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->