Xəbər lenti

Si Szinpin 2024-cü ildə Serbiyaya səfər edəcək
Dünya 16:04 27.02.2024

Si Szinpin 2024-cü ildə Serbiyaya səfər edəcək

Çin lideri Si Szinpin 2024-cü ildə Serbiyaya səfər edəcək.

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib

Onun sözlərinə görə, səfər Çinin xarici işlər naziri Van İ ilə danışıqlar zamanı təsdiqlənib.

Vuçiç deyib ki, o, Si Szinpinin planlaşdırılan səfərinin dəqiq tarixini deyə bilməz, lakin "ən mühüm dünya liderlərindən biri" üçün yaxşı atmosfer yaratmağa söz verib.
Qeyd edək ki, Sinin Serbiyaya səfəri onun dörd ildən artıq müddətdə Avropaya ilk səfəri olacaq.

Bundan əvvəl onun Avropaya son səfəri 2019-cu ildə, qlobal pandemiyanın Çin sərhədlərini bağlamasından bir neçə ay əvvəl Yunanıstana olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->